Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Uzun illər Azərbaycan qadın güləş yığmasının lideri və ölkənin ən titullu idmançılarından biri olan Mariya Stadnik (50 kq)  idmançı karyerasını bitirdiyini rəsmi olaraq, elan edib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Stadnik bundan sonra adıçəkilən qurumda funksioner kimi davam etdirəcək. O, zəngin təcrübəsini Azərbaycanda qadın güləşinin inkişafı yolunda istifadə edəcək. Mariya Stadnik AGF-də həm də qadin güləşi üzrə koordinator təyin edilib.

Xatırladaq ki, Mariya Azərbaycanda 5 dəfə Olimpiadada iştirak edən yeganə idmançı kimi tarixə düşüb. O, dörd dəfə Olimpiadanın mükafatçısı (2 gümüş, 2 bürünc medal), iki dəfə dünya çempionu, 11 qat Avropa çempionu, 2 dəfə Avropa Oyunlarının, 2 dəfə isə İslam Həmrəyliyi oyunlarının qalibi olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin