YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Zəngilan rayonunun Üçüncü Ağalı kəndi
Zəngilan rayonunun Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 28-də kəndi işğaldan azad edib.


