Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2025-ci il 25-26 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Obuda Universitetinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib.

Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın universitetlərinin nümayəndələrinin iştirak etdiyi konfransda elmi tədqiqatların dəstəklənməsi üçün türk dövlətlərinin birgə fondunun, tədqiqat, təqaüd imkanlarının  yaradılması, qabaqcıl tədqiqatçılar üçün istedad düşərgələrin təşkili, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin təşviq edilməsi, o cümlədən akademik sahədə yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Konfransın açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, Obuda Universitetinin rektoru Levente Kovacs, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev (onlayn), Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfirləri çıxış ediblər.

 

Konfrans çərçivəsində  Obuda Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazax Milli Su Menecmenti və İrriqasiya Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Szechenyi Istvan Universiteti, Daşkənd Kimya Texnologiyaları İnstitutunun nümayəndələri ilə görüş keçirilib, elm-təhsil əlaqələrinin inkişaf etdirilməsi, təhsilin magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının hazırlanması üzrə müzakirələr aparılıb və ilkin razılıq əldə edilib.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini ölkəmizin Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə qəbul edib. Səfir nümayəndə heyətinə Azərbaycan və Macarıstan arasında elm, təhsil və mədəni əlaqələr haqqında ətraflı məlumat verib. Görüşdə iki ölkə universitetləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə proqram və elmi layihələrin hazırlanması, tələbə-müəllim mübadiləsinin aparılması üzrə fikir mübadiləsi aparılıb.

 

RUS:

Проректор БГУ принял участие в Академической конференции тюркских государств

Проректор Бакинского государственного университета (БГУ) Гусейн Мамедов принял участие в Академической конференции тюркских государств, организованной Университетом Обуда в столице Венгрии Будапеште.

В конференции приняли участие представители университетов Азербайджана, Турции, Венгрии, Казахстана, Узбекистана и Кыргызстана. На конференции обсуждались вопросы создания совместного фонда тюркских государств для поддержки научных исследований, исследовательских и стипендиальных возможностей, организации лагерей талантов для передовых исследователей, укрепления межкультурных связей, содействия студенческому обмену между высшими учебными заведениями, а также новые возможности для сотрудничества в академической сфере.

На церемонии открытия конференции выступили министр культуры и инноваций Венгрии Балаж Ханко, ректор Университета Обуда Левенте Ковач, президент Международной тюркской академии Шахин Мустафаев (онлайн), послы Азербайджана, Турции, Казахстана, Узбекистана и Кыргызстана в Венгрии. В рамках конференции состоялись встречи, состоялись обсуждения по развитию научно-образовательных связей, подготовке программ двойного диплома, достигнуты предварительные договоренности.

В рамках визита азербайджанскую делегацию принял посол нашей страны в Венгрии Таир Тагизаде. Посол предоставил делегации подробную информацию о научных, образовательных и культурных связях между Азербайджаном и Венгрией. На встрече состоялся обмен мнениями по вопросам расширения связей между вузами двух стран, подготовки совместных программ и научных проектов, проведения студенческо-преподавательских обменов.

Best coffeeshop in Berlin