YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
ELMAN ELDAROĞLU:
Görəsən, bu mədəniyyət bizə nə vaxt gəlib çatacaq?..
Bəlkə də məni qınayanlar da tapılacaq, amma bunu kimsə deməlidir, ya yox?
ABŞ-da mədəni- kütləvi tədbirlər keçirilən hər yerdə müvəqqəti səyyar tualetlər quraşdırılır ki, iştirakçılar narahat anlar keçirməsinlər. Bizdə nədənsə tədbir təşkilatçıları bunu nəzərə almırlar. Düşünmək istəmirlər ki, 3-5 saat davam edən bu tədbirlərdə iştirak edənlər arasında uşaq, qadın, yaşlı kişilər var…
Eləcə də xaricdə irili-xırdalı marketlərin hamısında müştərilər üçün tualet olduğu halda bizim iş adamları bu məsələyə laqeyd yanaşırlar…
Görəsən, bu mədəniyyət bizə nə vaxt gəlib çatacaq?..
Elman Eldaroğlu


