Kokauri Dünya Çempionatında bürünc qazana bilməyib
Budapeştdə (Macarıstan) cüdo üzrə dünya çempionatı davam edir.
Fərdi yarışların yeddinci - sonuncu günündə dünya çempionatında Azərbaycan təmsilçilərindən sonuncusu tatami üzərinə çıxıb.
Uşanqi Kokauri startda İqor Vraçara (Serbiya), daha sonra Endi Qrandaya (Kuba) qalib gəlib. O, 1/8 finalda Munir Ertuğa (Türkiyə) qalib gəlib, 1/4 finalda isə Quram Tuşişviliyə (Gürcüstan) məğlub olub. Təsəlliverici bloka daxil olan Kokauri Lukas Krpalekə (Çexiya) qalib gəlib, bürünc uğrunda mübarizədə isə Temur Rəhimov (Tacikistan) uduzub.
Fərdi yarışların nəticələrinə görə, Azərbaycanın aktivində üç bürünc medal var ki, onları Zelim Tskayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.


