Mbappe klublararası dünya çempionatında oynamayacaq
Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "Real Madrid"lə Meksikanın "Paçuka" komandaları arasında keçiriləcək oyununu buraxacaq.
26 yaşlı futbolçunun ümumi vəziyyətinin yaxşı olmaması ilə yanaşı, los-blankoslular da başa düşürlər ki, 35 dərəcə temperaturda və 70% rütubətdə oynamaq Mbappenin daha tez sağalmasına kömək etməyəcək.
Oyun iyunun 22-də Şarlottadakı "Bank of America" stadionunda keçiriləcək. İlk turda Mbappesiz "Real" "Əl-Hilal"la heç-heçə oynayıb - 1:1.


