Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda kəmər imtahanı keçiriləcək

İyunun 21-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər üzrə rəsmi imtahan keçiriləcək.

Federasiyanın inzibati binasında keçiriləcək imtahanda cüdo ilə məşğul olan yeddi yaş və yuxarı şəxslər iştirak edə bilərlər.

Kəmər uyğun yaşa görə seçiləcək. Federasiya imtahandan uğurla keçən namizədləri müvafiq kəmər və sertifikatla təltif edəcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması, eləcə də gələcəkdə nüfuzlu ölkədaxili yarışlarda iştirak üçün zəruridir.

Best coffeeshop in Berlin