Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

171 nömrəli tam orta məktəbdə "Son Zəng" tədbiri +FOTO=47

  • Bakı şəhəri Xətai rayonunda yerləşən 171 nömrəli tam orta məktəb  Birinci Qarabağ müharibəsinin fədakar şəhidlərindən biri — Zaur Cavad oğlu Məmmədovun adını daşıyır. Zaur Cavad oğlu Məmmədov 1974-cü ildə Bakı şəhərində doğulmuş və məhz bu tədris müəssisəsində orta təhsilini almışdı. Zaur Məmmədov 1991-ci ildə Kiyev şəhərində Milli Aviasiya Universitetinə daxil olmuş, Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq qoymuş, 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmışdı və 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. 
     

14 iyun 2025-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2024-2025-ci tədris ili üzrə "Son Zəng" tədbiri keçirildi. Tədbirdə Şəhid Zaur Məmmədovun bacısı Bakı Musiqi Akademiyasının dosenti, Sənətşünaslıq  üzrə fəlsəfə doktoru Venera Cavad qızı Məmmədova və ARETN- in Mikrobiologiya institutunun təhsil şöbəsinin əməkdaşı Nisə Cavad qızı Məmmədova,  Şəhid Sahib Daşdəmirovun anası Sahibə Daşdəmirova, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehman Məmmədov və veteranlar, valideyn Yasəmən Möhübbətqızı, valideyn Gülçöhrə Əliyeva qonaq qismində iştirak etdilər. 
 Məktəb bu il 4 sinif azərbaycan bölməsi üzrə, 2 sinif rus bölməsi üzrə olmaqla 132 məzun yola saldı. 
Tədbirdə 11-ci sinif şagirdləri öz duyğularını dilə gətirdilər, müəllimlərə olan sevgi və minnətdarlıqlarını bildirdilər,  öz bacarıqlarını nümayiş etdirdilər. 
Növbəti günlərdə Vətən borcunu yerinə yetimək üçün yola düşəcək 11p sinfinin məzunu Cabbar Bağırzadəyə məktəb direktoru Zemfira Məsiyeva öz arzularını çatdırdı və digər məzunlara da  onları gözləyəcək yolda bol şans dilədi, uğurlar arzuladı.
Qeyd edək ki, "Son Zəng" tədbirini "GOJA MEDİA" tərəfindən çəkilərək tarixi yaddaşa həkk olundu.

Tədbirin fotoqrafı tanınmış fotoqraf Rüstəm Fərmanoğludur.