Rizvan Həsənzadə və Ruslan Əlizadə Avropa çempionu olub
Şimali Makedoniyanin paytaxtı Skopyedə 17 yaşlılar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Qeyd edək ki, çempionatın 6-ci günü də Azərbaycan yığması üçün uğurlu keçib. Belə ki, medallar uğrunda son həlledici görüşlərinə çıxan sərbəst güləşçilərimizdən ikisi qızıl medal qazanmaqla öz həmyaşıdları arasında Avropa çempionu olub. Biri isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medalla kifayətlənib.
Çempionlarımıza gəlincə, onlardan Rivan Həsənzadə (48 kq) finalda erməni Artak Aqabekyani, Ruslan Əlizadə (55 kq) isə rusiyalı Maxac Abdullayevi məğlub edib. Günün bürünc əyarlı medalı isə Hakim Taqiyevin (110 kq) aktıvinə yazılıb.
Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 9-a (4-1-4) çatıb. Bunlardan 5-i (2-1-2) yunan-Romacilarin, 1-l (0-0-1) qızların, üçü (2-0-1) isə sərbəst güləşçilərin payına düşür.
Yeri gəlmişkən, sabah medalların sayı bir qədər də artacaq. Çünki bu gün döşək üzərinə çıxan 5 təmsilçimizdən ikisi - Həsən Həsənov (60 kq) və Səid Paşayev (92 kq) finala yüksəlməklə ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Onlar sabah həlledici final görüşünə çıxacaqlar. Omar Usubov (45 kq) bürünc medal uğrunda görüşəcək. Daha bir təmsilçimiz - Ramal Mirhuseynov (51 kq) isə təsəlliverici görüşlərə başlayacaq.
Sabah çempionat başa çatacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)