YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Vaqif Bəhmənli:
"Qarabağın qələmi: Aqil Abbas" adlı yeni kitabımızı çap üçün mətbəəyə göndərdik
Azərbaycanın istedadlı qələm sahiblərindən biri, yazıçı, publisist Aqil Abbasın yaradıcılığından bəhs edən "Qarabağın qələmi: Aqil Abbas" adlı yeni kitabımızı çap üçün mətbəəyə göndərdik. Bir həftəyə işıq üzü görər, İnşallah! Cildin tərtibatı belədir, deyim ki, içi də pis deyil. Kitabın tam mətninin "525-ci qəzet"in 11 - 15 iyul 2023-cü il saylarında dərcinə imkan yaratdığına görə hörmətli baş redaktor Rəşad Məcidə, baş redaktorun birinci müavini Yusif Rzayevə, müavin İsgəndər bəyə bir daha dərindən təşəkkür edirəm. "Qarabağın qələmi: Aqil Abbas" kitabının da redaktoru Rəşad Məciddir.


