Azərbaycan karateçiləri dünya çempionatına yola düşüblər
İyunun 6-da Xorvatiyanın Varazdin şəhərində karate üzrə dünya çempionatı start götürəcək.
Azərbaycan Karate Federasiyası yarışa ənənəvi Şito-ryu üslubunda milli komanda göndərib. Nümayəndə heyətinə federasiya nümayəndəsi Bahadur Əhmədov rəhbərlik edir.
Turnirə iyunun 8-də yekun vurulacaq.


