Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıdakı xeyriyyə aksiyasında 62 uşaq sünnət olunub 

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Masallı rayonunda Tuva Tibb Mərkəzi, “ELİT” ailəvi restoran, millət vəkili Məşhur Məmmədov və Ərkivan Xeyriyyə Cəmiyyətinin humanist təşəbbüs və təşkilatçılığı ilə sünnət xeyriyyə aksiyası keçirilib.
Aksiya şəhid, qazi və aztəminatlı ailələrin övladları olmaqla 62 uşağı əhatə edib.
Millət vəkili Məşhur Məmmədov, YAP Masallı rayonun təşkilatının sədri Seyfəddin Əliyev, Tuva Tibb Mərkəzinin rəhbəri Mirmehdi Mircavadzadə, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək uşaqları bayramları və həyatlarında yaddaqalacaq əlamətdar gün münasibətilə təbrik edib, onları hədiyyələrlə sevindiriblər.
Tədbir konsert proqramı ilə yekunlaşıb.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin