Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir. 
AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində növbəti konsert 25 may, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində gənc vokalçı Emil Bağırzadənin iştirakı ilə baş tutacaq.
Layihənin başlıca məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır. 
Emil Bağırzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Estrada, populyar caz və musiqi ifaçılığı sənəti ixtisasının bakalavr və magistratura pillələrini bitirmişdir. Hazırda isə Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyət göstərir.
 

Best coffeeshop in Berlin