Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paralimpiyaçılarımız dünya çempionatında medal qazana bilməyiblər

Astanada (Qazaxıstan) paracüdo üzrə dünya çempionatı davam edir.

Dünya çempionatının ikinci günündə daha iki Azərbaycan idmançısı tatami üzərinə çıxıb: Zakir Mislimov (J1, 95 kq) və Xatirə İsmiyeva (J1, +70 kq). Mislimov ikinci döyüşdə uduzub, sonra təsəlliverici blokda məğlub olub. İsmiyeva dairəvi sistemdə yarışıb və nəticədə medal qazana bilməyib.

Xatırladaq ki, bir gün əvvəl Elnarə Nizamlı (J2, 60 kq) və İsmayıl Muradov (J1, 70 kq) startda məğlub olmuşdular.

Best coffeeshop in Berlin