Məhbuslar toqquşma zamanı həbsxanadan qaçdılar
Liviyanın paytaxtı Tripolinin şərqində yerləşən Əl-Cədidə həbsxanasından məhbuslar qaçıb.
AZpress.AZ “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, paytaxt əyalət polisindən verilən açıqlamaya görə, qaçan məhbusların əksəriyyəti ağır cinayətlərə görə cəza çəkirdi.
Tripolinin ən azı üç bələdiyyəsi də atışma səbəbindən təhsil müəssisələrində dərsləri və imtahanları dayandırıb.


