Rusiya uşaqları ballistik raketlə vurdu
Mayın 6-sı axşam saatlarında Rusiya ordusu Ukraynanın Sumı şəhərinin ətraflarında mülki infrastruktura ballistik raket zərbəsi endirib.
Nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Şəhərin rəhbəri Artem Kobzar bildirib ki, zərbə nəticəsində qız hadisə yerində, kişi və oğlan isə xəstəxanada ölüb. Daha 7 nəfər yaralanıb, onlardan altısı uşaqdır. Bir uşağın vəziyyəti ağırdır.


