Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarış 14-16 yaşlı idmançılar arasında keçirilir.
Bakı Tennis Akademiyasında 13 ölkəni təmsil edən 14 yaşadək 58, 16 yaşadək 39 oğlan və qız qalib adı uğrunda mübarizə aparacaq.
Azərbaycanı ev turnirində oğlanlar arasında Raul Məlikov, Mikayıl Feyzullayev və Nazim Məlikov, qızlar arasında isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova təmsil edir.
Müsabiqə mayın 10-dək davam edəcək.


