Gimnastımız Dünya Kuboku seriyasının qalibi adına layiq görülüb
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılıb.
O, altı mərhələnin yekunlarına əsasən halqalarla hərəkətlər üzrə Dünya Kuboku seriyasının qalibi adına layiq görülüb.
Bakı mərhələsinin qalibi olan N.Simonov Kottbus, Osijek, Antalya və Qahirədə ikinci yeri tutub.


