Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Karlo Ançelotti mövsümün sonuna qədər "Real Madrid"i tərk edə bilər

"Real Madrid"in Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a ümumi hesabda məğlub olması (0:3, 1:2) "Los Blancos"un baş məşqçisi Karlo Ançelottinin gələcəyini şübhə altına alıb.

İtaliyalı mütəxəssis aprelin 26-da "Barselona" ilə keçiriləcək İspaniya kubokunun finalından sonra kral klubunu tərk edəcək.

Qeyd edək ki, İspaniya çempionatında sona 7 tur qalmış "Real" "Barselona"dan 4 xal geri qalır.

Ançelotti 2013-2015-ci illərdə "Real Madrid"ə rəhbərlik edib və 2021-ci ildə Zinəddin Zidan ayrıldıqdan sonra geri qayıdıb. İtaliyalının rəhbərliyi altında “qaymaqlılar” iki dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqası və bir sıra digər kuboklar qazanıb.

Best coffeeshop in Berlin