Putin hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını bildirib
Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın”, - Putin Rusiya-Belarus yüksək səviyyəli danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
O hesab edir ki, Ukraynada atəşkəs ideyası düzgündür, “amma müzakirə edilməli olan məsələlər var”.
Eyni zamanda Putin atəşkəs əldə olunarsa, rus qoşunlarının hər yerdə hücuma keçdiyi bütün 2000 km-lik döyüş xətti boyunca nə baş verəcəyi ilə maraqlanıb.