Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İranda etiraz aksiyaları zamanı nümayişçilər Quranı yandırıblar

İranın qərbindəki Həmədan şəhərində etirazçılar Quranı yandırıblar və məscidə hücum etməyə cəhd ediblər.

Etirazçılar Sədəf rayonunda digər dini ədəbiyyatı yandırıblar. Təxminən 20 nəfərdən ibarət başqa bir qrup məscidə hücum etmək istəyib, lakin hüquq-mühafizə orqanları onların qarşısını alıb.

Xatırladaq ki, İranda etirazlar dekabrın sonlarında İslam Respublikasının valyutası olan rialın devalvasiyası fonunda başlayıb.

Best coffeeshop in Berlin