Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda Həmrəyliyi Günü və Yeni il konserti

 

Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Milli dəyərlər və həmrəylik – milli birlikdən gələcəyə” adlı konsert proqramı keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşlar, tələbələr, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət himnimizin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Konsert proqramı ilə davam edən bayram tədbiri iştirakçılara unudulmaz anlar yaşadıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin