Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənclər arasında taekvondo üzrə ölkə birinciliyində mükafatlandırma mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) keçirilən gənclər arasında ölkə birinciliyində oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və 49 kq çəki dərəcələrində mükafatlandırma mərasimi baş tutub.

Qalib idmançılara mükafatlar Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in vitse-prezidenti Hikmət Səmədov tərəfindən təqdim olunub.

Best coffeeshop in Berlin