Daha 6 çəkidə qaliblər müəyyənləşib
Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində 14 yaşlı (U-14) yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə keçirilən seçmə xarakterli Azərbaycan birinciliyi davam edir. Birinciliyin ikinci günü (26 dekabr) daha 6 çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızlar 40, 52 və 70, oğlanlar isə 42, 55 və 73 kq çəki dərəcəsində mübarizə aparıblar. Qızların yarışında qalib adını Nərgiz Fərzəliyeva (40 kq, RKİM), Nuray Naqiyeva (52 kq, Şuşa UGİM) və Zümrüd Əliyeva (70 kq, RKİM) qazanıb. Oğlanlar arasında isə Ayhan Musazadə (42 kq, Bakı şəhəri, 13 nömrəli İOEUGİM PHŞ), Yusif Sahverdili (55 kq, Bakı şəhəri, 13 nömrəli İOEUGİM PHŞ) və Əli Qulamli (73 kq, Sumqayıt şəhər, 2 nömrəli İOEUGİM PHŞ) birinci yeri tutaraq Azərbaycan çempionu olub.
Dekabrın 27-də daha 6 çəkidə qaliblər müəyyənləşəcək və bununla da fərdi yarışlara yekun vurulacaq. Dekabrın 28-də isə komanda yarışları ilə birincilik başa çatacaq.
İNTİQAM Məmmədov


