Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paralimpiyaçılarımız 2025-ci ili 61 medalla başa vurublar 

Azərbaycanın Milli Paralimpiya Komitəsi (AMPK) dekabrın 26-da ADBTİA-nin (Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası) akt zalında 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə sözügedən qurumun rəsmilərindən Şahin Kazımov (AMPK prezidentinin müşaviri) və Toqrul Rəhimov (qurumun baş katibi) iştirak edib. İlk olaraq çıxışa başlayan baş katib komitənin ilboyu gördüyü işlərdən, əldə olunan uğurlardan və eləcə də gələcəkdə qarşıya  qoyulan hədəflərdən danışıb. 

Onun sözlərinə görə, paralimpiyaçılarımız cari ili 22-si qızıl, 18-i gümüş və 21-i bürünc əyarlı olmaqla 61 medalla başa vurublar. Bu isə ötən illə (53 medal) müqayisədə daha çoxdur. Medallar dünya (1) və Avropa çempionatlarinda (2), eləcə də mötəbər beynəlxalq turnirlərdə qazanılıb. Baş katib 2025-ci ildə gənc və yeniyetmə paralimpiyaçılarımızın üstünlük təşkil etdiklərini xüsusi olaraq vurğulayıb.

Ölkə başçısı İlham Əliyevin ölkə idmanına, xüsusilə də paralimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini qeyd edən Toqrul Rəhimov 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və mütəxəssislərin mükafatlandırmasini bu deyilənlərin təzahürü kimi qiymətləndirib. 

Baş katib görülən işlərdən danışarkən gənc paralimpiyaçılarımızın Avropa Gənclər Olimpiya Oyunlarında 13 (2-4-7) medal qazandılarini xüsusi ilə vurqulayib. Onun sözlərinə görə paralimpiyaçılarımız üçün ilboyu 24 təlim-məşq toplanışı (TMT) təşkil edilib ki, onunda 18-i ölkə daxilində, 6-si isə xarici ölkələrdə baş tutub. AMPK-yə verdiyi dəstəyə görə Gənclər İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də ayrı-ayrı idman federasiyalarına təşəkkür edən baş katib sonda 2026-cı ildə komitənin 30 illik yubileyinin qeyd ediləcəyini dilə gətirib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin