Basketbolçuların ölkə kubokunun püşkatma mərasimi keçirilib
2026-cı ildə kişi basketbol klubları arasında keçiriləcək Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib və bununla da ilkin mərhələdə üzləşəcək cütlər müəyyənləşib.
ABF-dən verilən məlumata görə, yarış Olimpiya (uduzan çıxır) sistemi üzrə keçiriləcək. Cütlər arasında cəmi bir oyun keçiriləcək. Qalib komanda növbəti mərhələyə adlamaqla mübarizəni davam etdirəcək. Turnirə 13-14 yanvar (2026) günlərində 1/8 finaldan start veriləcək. 1/4 mərhələnin oyunları isə 18-22 fevral aralığında baş tutacaq.
İNTİQAM Məmmədov


