Cüdoçuların Azərbaycan çempionatında fərdi yarışlar başa çatıb
Dekabrın 18-də Xırdalandakı "Abşeron" OİK-də 17 yaşlı (U-17) yeniyetmə cüdoçular arasında startı verilən Azərbaycan çempionatında fərdi yarışlara dekabrın 20-də yekun vurulub. Üç gün davam edən fərdi yarışlarda qızlar 40, 44, 48, 52, 57, 63, 70 və +70 kq, oğlanlar isə 50, 55, 60, 66, 73, 81, 90 və +90 kq-da mübarizə aparıblar.
Qızların yarışında Sofiya Bikova (40 kq), Nigar Heydərzadə (44 kq), Fatimə Fərmanzadə (48 kq), Tövsiyyə Babayeva (52 kq), Gülnaz Məmmədtağıyeva (57 kq), Zilan Hüseynli (63 kq), Fidan Cəlilli (70 kq) və Zemfira Əliyeva (+70 kq) ölkə çempionu adını qazanıb.
Oğlanlar arasında isə çempion adına Nihad Ağayev (50 kq), İbrahim Talıbov (55 kq), Məhəmmədəli Hüseynov (60 kq), Elgün Ələkbərov (66 kq), Sadiq Məmmədov (73 kq), Amin Mehtiyev (81 kq), Nurəddin Əliyev (90 kq) və Tamerlan Əliyev (+90 kq) qazanıb.
Dekabrın 21-də çempionata komanda yarışları ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


