Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İstanbul qlobal tıxac sıxlığı reytinqində birinci yerdədir

Türkiyənin İstanbul şəhəri dünyanın ən çox tıxac şəhəri olaraq ortaya çıxıb.

Məlumatlara görə, İstanbul sakini orta hesabla hər il tıxaclara görə 105 saat vaxt itirir. 20 milyondan çox əhalisi olan Türkiyənin ən böyük şəhəri tıxac baxımından Nyu-York, Çikaqo, Mexiko, London və digər meqapolisləri geridə qoyub.

Tədqiqata 37 ölkədəki 900 şəhər daxil edilib. Mütəxəssislər qeyd ediblər ki, İstanbulda tıxac son bir ildə 15% pisləşib.

2024-cü ildə ABŞ-ın Çikaqo şəhəri birinci yeri tutub.

Best coffeeshop in Berlin