Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Hümbət Quliyev:

 Sumqayıtda ucaldılmış “Qalib əsgər” abidəsinə xitabən

Salam, Əsgər!

Qarşında torpağa qədər baş əyirəm, o torpağa ki, sən vətən etdin və şəhidlərimiz vətən naminə canlarından belə keçdilər.

Qalib əsgərim, sən bizim üçün igidlik, cəsurluq simvolusan.

Sənin şücaətin haqda poemalar, dastanlar yazılır, sənin adına küçələr, xiyabanlar salınır və sən bu xalqın yaddaşında həmişə qalacaqsan.

Qoy uca boyunu dünyanın hər yerindən görsünlər.

Dostlar məğrur qamətini görüb sevinsinlər, düşmənlər isə, qaldırdığın o dəmir yumruğa yaxşı baxsınlar və bilsinlər ki, torpağımıza göz dikənlərin başı o yumruqla mütləq əziləcək!

Hər açılan sabaha görə sənə əbədi borcluyuq, əsgərim.

Canım əsgər, bura gələn hər ana, hər ata sənin sifətinin cizgilərində öz oğlunu axtarır və tapır.

Sən hər bir şəhid anası üçün onun ayağa qalxmış balasısan. Parçalanmış ana ürəyi sənin qürur dolu qamətinə baxıb sonsuz bir təsəlli tapır, ovunur.

Hər gün qarşından keçən insanlar dərin minnətdarlıq hissi ilə səni salamlayır, çünki bu qələbəni onlara sən bəxş etmisən.

Bu xalqın şərəfini, ləyaqətini, haqqını özünə qaytardığına görə əbədi qəlbimizdə yaşayacaqsan.

İgid əsgərim, bu millət durduqca, sən də var olacaqsan.

Həyatdan ölümsüzlüyə addımlayan müzəffər əsgərim, sənə əbədi eşq olsun!

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin