AZpress.AZ-ın ARXİVİNDƏN
Bəybala Mirzəyev:
Azərbaycanlı namizəd İranın prezidenti ola biləcəkmi?
Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir.
Son günlər bizim mediamızda "Azərbaycanlı İran prezidenti olur?" və ya "İranda azərbaycanlı prezidentliyə namizəd qalib gələ biləcəkmi?" səpkili suallarla tez-tez rastlaşırıq.
Ancaq eyni zamanda hər birimizə də bəllidir ki, milli düşüncəli bir Güney Azərbaycan türkünün İran prezidenti seçilməsinə əsla imkan verilməz.
Ona görə də gəlin illüziyalarla yaşamayaq.
Gün o gün olsun ki, güneyli soydaşlarımız İranın yox, öz müstəqil, bağımsız dövlətlərinin prezident seçkilərində iştirak etsinlər.


