Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş konsert

21 iyun 2024 -cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə  konsert keçirildi. 

95 illik  tarixi ərzində  Azərbaycan musiqi mədəniyyətinə Qara Qarayev,  Cövdət Hacıyev, Tofiq Bakıxanov, Azər Rzayev,Tofiq Quliyev, Müslüm Maqomayev kimi dahilər yetişdirən  bü təhsil  ocağının əsas məqsədi, nəsillər arasında musiqi  əlaqəsini fasiləsiz olaraq davam etdirmək, nəsildən -  nəslə ötürərək və  musiqi mədəniyyətinə yeni töhfələr verməkdir.

Musiqi tariximizdə  xüsusi xidməti olan bu təhsil ocağı yubiley ərəfəsində respublikada gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədi ilə festival və müsabiqələr  təşkil etmiş və müxtəlif konsert- zallarında silsiləli  olaraq konsertlər keçirmişdir. 

Keçirilən  bü günki konsertdə  şagirdlərin  ifasında Azərbaycan, rus  və avropa bəstəkarlarının əsərləri səsləndirildi. 

Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı. 

Rüstəm Fərman

Best coffeeshop in Berlin