Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Tələsin, əziz ağcabədililər!

"AzPress" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti və Badam Medical Center-in birgə təşəbbüsü ilə adı çəkilən şəfa ocağının səyyar klinikası iyun ayının 24-dən iyul ayının 5-ə kimi Ağcabədidə göz xəstəlikləri üzrə ödənişsiz “Səyyar klinika” günləri keçirir. 
Məlumat üçün bildirək ki, qeyd olunan tarixin ilk günündə klinikanın “Nur Göz” Mərkəzinin peşəkar və təcrübəli həkimlərindən ibarət aftolmoloq tibb komandası artıq iş başındadır. Burada göz müayinəsindən keçən vətəndaşlara həkim məsləhətləri verilir, ehtiyac yaranan hallarda müalicələr olunur, cərrahi müdaxiləyə gərək olarsa icbari tibbi sığortanın dəstəyi ilə  göndərişlər alınaraq xəstələr Badam Medical Center-ə göndərilərək peşəkar aftolmoloq cərrahlar tərəfindən əməliyyat olunurlar. 
Qeyd edək ki, müayinənin ilk günündə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar klinikaya gələrək müayinə prosesləri ilə yaxından tanış olub. 
Müayinə olunmağa tələsin, əziz ağcabədililər!

Ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti
Əlaqə nömrəsi: (050) 600-66-99

Best coffeeshop in Berlin