Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Ağcabədidə “Sağlam həyat” günlərinə start verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinini təşkilatçılığı ilə 21-22 iyun tarixlərində saat 17:00-dan 21:00-adək Ağcabədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Sağlam həyat” günləri təşkil edilməkdədir. Layhihənin ilk günü Ağcabədidə böyük marağa səbəb olub. Belə ki, tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi normativlərini yerinə yetirirlər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunur.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsədlər sağlam həyat tərzinin təbliğ edilməsi, insanların idmana olan marağının artırılması və eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Best coffeeshop in Berlin