AZpress.AZ-ın ARXİVİNDƏN
Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.
Bu barədə “Frans Press” (AFP) ərəb ölkələrindən birinin diplomatına istinadən məlumat yayıb.
Bütün ölümlər istilər səbəbindən baş verib.
Daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirli ölüb. Zəvvarların ölümünə çox vaxt istilik və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə havanın temperaturu selsi üzrə demək olar ki, 52 dərəcəyə çatır.


