“Korrupsiyaya qarşı birlikdə mübarizə” adlı tədbir keçirildi +FOTO=5
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar tədbir keçirdi.
AZpress.AZ xəbər verir ki, tədbiri məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva açdı və korrupsiyanın cəmiyyətə vurduğu zərərləri haqqında danışaraq bildirdi ki, korrupsiya yalnız qanun pozuntusu deyil, insanların bir-birinə olan güvənini zədələyən bir davranışdır. Gənclər olaraq siz bizim gələcəyimizsiniz və sağlam gələcək yalnız dürüstlük üzərində qurula bilər. Mərkəzi Kitabxanın abonement bölməsinin müdiri Lalə Səlimova bu tədbirin gənclərdə düzgün həyat mövqeyi formalaşdırmaq və onları ədalətli qərarlar verməyə təşviq etmək məqsədi daşımasından və hər birimiz üçün maarifləndirici olacağından bəhs etdi.
Məktəbin müəllimi Solmaz Gülalıyeva dedi: “Biz müəllimlər istəyirik ki, şagirdlərimiz hər addımınızda ədaləti seçən, haqqı qoruyan və heç vaxt haqsızlığa göz yummayan insanlar olsunlar. Maarifli olmaq, ictimai fəallıq göstərmək, qaydalara əməl etmək, hər yerdə dürüst davranmaq hər birimizin və hər bir gəncimizin əlindədir”.
Məktəb kitabxanasının müdiri Səbinə Abbasova və Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnarə Cəlilova korrupsiyanın yalnız dövlətə deyil, insanlara, onların gələcəyinə və ədalət hissinə zərər vurmasından, şagirdlərdə düzgün dəyərləri formalaşdırmaq, həqiqətpərvərlik kimi keyfiyyətləri gücləndirməkdə bu görüşün faydalı olmasından danışdılar.
Sonda məktəbin XIb sinif şagirdləri ilə “Sizcə korrupsiya nədir? Həyatımızın hansı sahələrinə təsir edə bilər? Məktəb mühitində hansı davranışlar kiçik korrupsiya əlaməti ola bilər? Gənclər korrupsiyaya qarşı mübarizədə necə rol ala bilərlər? Ədalət olmayan yerdə inkişaf ola bilərmi?” suallarla diskussiya aparıldı.


