AZpress.AZ-ın ARXİVİNDƏN
Cavadxan Qasımov:
Qərbi Azərbaycana qayıdışın sədası Naxçıvandan eşidiləcək
Naxçıvan Dövlət Universitetində 21-22 iyun tarixlərində keçiriləcək olan Qərbi Azərbaycana qayıdış festival-konqreslə bağlı olan hazırlıq işləri yüksək səviyyədə davam etməkdədir. Ölkəmizin dilbər güşələrindən biri olan Batabat yaylağında reallaşacaq festival tarixi ənənələrimizin qorunması, müasir yanaşmanın ələ alınması, tarixi ərazilərimizə qayıdışın və qovuşmanın iftixarı baxımından olduqca əhəmiyyətli olacaq.
Bu gün Batabat Yaylağında Qərbi Azərbaycanla bağlı olan obaların qurulması, ərazinin festival üçün uyğun vəziyyətə gətirilməsi, müvafiq təsisatların yaradılması işləri uğurla davam etməkdədir.
El ağsaqqalı Dədə Qorqudun xeyir duası ilə başlanacaq olan, Festival-konqresdə Qərbi Azərbaycan tarixi, ənənələri, mədəniyyəti ilə bağlı olan 11 çadır-oba olacaq. Eyni zamanda, müvafiq mövzu üzrə kitab, kulinariya, memarlıq, idman oyunları sərgiləri təşkil olunacaq.
Festival-konqres ölkəmizin dayanıqlı milli iqtisadiyyatı, etibarlı sosial siyasəti və bu müstəvidə uzunmüddətli prioritetləri üçün olduqca əhəmiyyətli olacaq.
Xeyirli olsun.


