AZpress.AZ-ın ARXİVİNDƏN
Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir-VİDEO-FOTOREPORTAJ
Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının bağçasında açıq havada keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk günü Qırğızıstan Günü olaraq başlayan və səkkiz gün davam edəcək 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında hər gün türk coğrafiyasından bir ölkənin ədəbiyyatı, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Macarıstan və digər ölkələrdən şair, sənətçi və akademiklər dəvət olunur, kitab təqdimatları, avtoqraf seansları, konsertlər, şeir, folklor və film nümayiş edilir.
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" xəbər saytı həmin Festivaldan VİDEO-FOTOREPORTAJI təqdim edir:


