Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə tennisçilərin ölkə kubokuna start verilib 

Bu gün "Şüa İdman Kompleksində" 14 və 18 yaşlı yeniyetmələr arasında stolüstü tennis üzrə ölkə kubokuna start verilib. Yarış başlamazdan öncə açılış mərasimi olub. Mərasimdə  ASTF-nin (Azərbaycan Stolüstü Tennis Federasiyası) vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova çıxış edib. Federasiya rəsmiləri yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadada (İslam Həmrəyliyi Oyunları) uqurla çıxış edən raketka ustalarımız - Adil Əhmədzadə, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərovani təbrik ediblər.

ASTF-dən verilən məlumata görə, 4 gün davam edəcək turnirdə paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayondan olan idmançılar mübarizəyə qatılıblar. İştirakçılar şəxsi, komanda, qoşa və qarışıq qoşa yarışda özlərini sınayacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin