Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha 2 boksçumuz AÇ-ya qələbəylə başlayıb 

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) gənclər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi boks üzrə Avropa çempionatı davam edir. Qeyd edək ki, çempionatın ilk günü rinqə çıxan 3 boksçumuzdan ikisi, ikinci gün isə mübarizəyə qatılan 5 təmsilçimizdən də ikisi döyüşünü qələbə ilə başa vuraraq, növbəti mərhələyə keçib. Söhbət 1/8 finaldan döyüşə başlayan və adını 1/4 finala yazdıran Amin Məmmədzadə (55 kq) və Tağı Nəsibovdan gedir.

Xatırladaq ki, çempionatın start günü isə Əli Abdullayevlə (65 kq) Nicat Əlirzayev (70 kq) 1/16 final döyüşünü qələbə ilə başa vuraraq, 1/8-ə yüksəlib. Hər iki boksçumuz növbəti döyüşünü noyabrın 25-də keçirəcək.

Çempionata noyabrın 29-da yekun vurulacaq. Yeri gəlmişkən, Azərbaycan bu yarışa 11 idmançı ilə qatılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin