Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız AÇ-da döyüşəcəklər 

23-29 noyabr günlərində Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) gənclər arasında boks üzrə Avropa çempionatı keçiriləcək. 7 gün davam edəcək bu turnirdə Azərbaycan 11 (7 oğlan və 4 qız) boksçu ilə təmsil olunacaq.

ABF-dən verilən məlumata görə, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çempionata qatılacaq oqlanlardan ibarət yığma komandanın heyətinə Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Taqi Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) cəlb edilib.

Baş məşqçisi İlkin Ağayev olan qızlar komandamızın heyətində isə Lalə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) yer alıb.

Daha bir təmsilçimiz - beynəlxalq dərəcəli hakim Qalıb Əbiyev turnirdə ölkəmizi ədalət qoruyucuları arasında təmsil edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin