Tale verdiyi yükü,
Birtəhər daşıyıram.
Bu ömrü yaşayıram
Yaradanın xətrinə.
Öz başımı qatıram,
Günü günə satıram.
Gecələri yatıram
Röyaların xətrinə.
Heç nə ummuram səndən,
Özümü qınayıram.
Səni qucaqlayıram,
Qollarımın xətrinə.
Elə olur ki bəzən
Öz quyumu qazıram.
Nə isə..
Bu şeiri də yazıram
Oxuyanın xətrinə.
(2008)
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



