Yeniyetmə cüdoçularımız Riqada 4 medal qazanıblar
Latviyanin paytaxtı Riqada yeniyetmə cüdoçular ((U-13 və U-15) arasında Avropa Cüdo Ümidləri Turniri keçirilib. Turnirdə iştirak edən Azərbaycan komandası ikisi qızıl, biri gümüş və digəri isə bürünc əyarlı olmaqla 4 (2-1-1) medal qazanıb.
Qızılları bütün görüşlərini qələbə ilə başa vuran Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) qazanıb. Gümüş medal yalnız həlledici finalda büdrəyən Səccat Taqiyevin (U-15, 42 kq), bürüncü isə çıxışını üçüncü yerdə bitirən Cahid Bayramlının (U-15, 66 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov


