Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan–Özbəkistan strateji əməkdaşlığı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 noyabr 2025-ci il tarixində Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. 
O, bu müsahibədə əsasən region ölkələri, əməkdaşlıq, strateji tərəfdaşlıq və ikitərəfli əlaqələr barədə danışıb. 
Ölkə rəhbərimiz müsahibəsində vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər qardaşlıq və dostluq əsasında qurulubdur. Xalqlarımızın ortaq tarixi, mədəni və mənəvi bağlılığı bu əlaqələrin əsasıdır. 
Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü və haqq işini dəstəkləməsini yüksək qiymətləndirən prezidentimiz qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənməkdədir: ticarət dövriyyəsi artır, investisiya imkanları genişlənir. 
Eyni zamanda, “Orta Dəhliz” nəqliyyat marşrutu çərçivəsində Azərbaycan limanlarının, dəmir yollarının və logistika infrastrukturlarının modernləşdirilməsi mühüm rol oynayır. 
Bu müsahibə göstərir ki, Azərbaycan - Özbəkistan münasibətləri yalnız cari əməkdaşlıqla məhdudlaşmır; gələcəyi nəzərdə tutan, geniş spektrli tərəfdaşlıq formalaşmaqdadır.

 

Gülyanaq Ağayeva, 
Masallı rayonu, Hişkədərə kənd sakini

Best coffeeshop in Berlin