Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İslamiadada Muşketyorların çıxışına start verilib 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada dünən qılıncoynatma yarışlarına start verilib. Yarışların ilk günü qadınların şəxsi sablya, kisilərinsə fərdi şpaqa yarısı baş tutub. AQF-dan verilən məlumata görə, qadinlarin fərdi sablya yarısında Azərbaycan millisinin üzvü Palina Kaspiarovic, kişilərin fərdi şpaqa yarısında isə Vahab Fətullayev fərqlənib. Qeyd edək ki, qrup mərhələsində 4 qələbə qazanaraq yarımfinala qədər irəliləyən hər iki muşketyorumuz üçüncü yeri tutmaqla bürünc medal qazanıb. Maraqlıdır ki, hər iki təmsilçimiz yarımfinalda Özbəkistan təmsilçisinə uduzub. Palina özbəkistanli Gülüstan Perdebayevlə (12:15), Vahabsa Javokhirberk Nurmatovla (11:15) bacarmayıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin