Gəncədə aerobikaçıların Avropa çempionatı baş tutub
Noyabrın 14-də Gəncədə aerobika gimnastikası üzrə startı verilən Avropa çempionatı baş tutub.
AGF-dən verilən məlumata görə, çempionatda ev sahibi Azərbaycan da daxil olmaqla, 18 ölkəni təmsil edən 151 idmançı medallar uğrunda mübarizəyə qatılıb.
Artıq çempionatda təsnifat mərhələsinin çıxışları başa çatıb. Bu mərhələdə gimnastlar qarışıq cütlük, üçlük və aerodans kateqoriyası üzrə yarışıblar. Olkəmisi qarışıq cütlük yarışlarinda təmsil edən Mədinə Mustafayeva/Vladimir Dolmatov tandemi təsnifat mərhələni uğurla başa çatdıraraq finala vəsiqə qazanıb.
Yarışların ikinci günü qalıb və mükafatçılar da öz mükafatlarını alıblar. İlk üçlüyü İtaliya, Rumıniya və İspaniya tutub.
İNTİQAM Məmmədov


