Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyədə 17 yaşında 95 il həbs cəzası alan qatı cinayətkar ələ keçib

Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda onlarla cinayətdə təqsirli bilinən 17 yaşlı A.Ç. ələ keçib.

Saxlanılan şəxs çox sayda oğurluq hadisəsinə görə 95 il 2 ay 9 gün həbs cəzası alıbmış. Qatı cinayətkar həbsdən qaçsa da, polisin keçirdiyi əməliyyat zamanı yenidən tutulub.

Xəbərdə bildirilir ki, 17 yaşlı türkiyəlini polis gizləndiyi yerdə cinayət başında yaxalayıb.

Best coffeeshop in Berlin