Prezidentin yeni idarəçilik mesajı
12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edərkən vacib mesajlar verdi.
Dövlət başçısı vurğuladı ki, hər bir rəhbərin borcu xalqa xidmət etmək, onun yanında olmaq, problemlərini operativ həll etməkdir. Məmur öz davranışı ilə cəmiyyətə nümunə olmalı, təvazökar və ədalətli olmalıdır.
Prezident korrupsiya və qanunsuzluğa qarşı mübarizənin davam edəcəyini, regionlarda sosial rifahın və iş yerlərinin artırılmasının əsas məqsəd olduğunu qeyd etdi.
Çıxışda həmçinin “Yaşıl inkişaf” siyasətinə, ekoloji tarazlığın qorunmasına və ölkənin hər bölgəsində ədalətli idarəçiliyin təmin edilməsinə xüsusi önəm verildi.
Bu çıxış bir daha göstərdi ki, ölkəmizdə əsas məqsəd – xalqın rifahı, ədalətli idarəçilik və dayanıqlı inkişafdır.
Gülay Mustafayeva,
Masallı rayonu, Qızılavar kənd sakini


