Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların Zaqreb Qran-Prisi başlayır 

Noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdoçuların reytinq xarakterli Qran-Prisinə start veriləcək. 3 gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkəni təmsil edən 370 tatami ustası medallar uğrunda yarışacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz bu turnirdə 9 çəki dərəcəsində 15 (12 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunacaq. 

Yarışın proqramına əsasən təsnifat mərhələsinin görüşləri saat 14:00-da, final qarşılaşmaları isə 20:00:da başlanacaq. Görüşlər Judo TV vasitəsilə canlı yayımlanacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111