Cənub bölgəsində tədbirdə +FOTO=3
Ukrayna Respublikası Zaparoje Kazaklarının Marşalı, Zaparoje Kazaklarının Milli Qəhrəmanı Üzeyir Vahabovun dəvəti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev, hüquqşünas, ədliyyə müşaviri Firdovsi Sadıqov, Füzuli Kərimov və “Türk Dünyası Turan Düşüncə Mərkəzi”-nin əməkdaşları bu günlərdə cənub bölgəsinə səfər etmişlər. Onlar əvvəlcə IV İmam Zeynalabddin nəslinin layiqli davamçılarından, respublikamızın ən nüfuzlu ağsaqqallarından və tanınmış din xadimlərindən biri olmuş Hacı Mir Taha Ağanın Biləsuvar rayonundakı məqbərəsini ziyarət etmişlər.
Sonra onlar Üzeyir Vahabovla birgə general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Azərbaycanlı Həzi Aslanovun xatirəsinə Lənkəran şəhərində salınmış parkdakı Memorial abidəsini ziyarət etmişlər.
Bundan sonra tədbir iştirakçıları Marşal Üzeyir Vahabovun Lənkəran şəhərindəki ata yurdunda yerləşən ev-muzeyinin açılışında iştirak etmiş, muzeyin eksponatları ilə tanış olmuşlar.


