Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın stolüstü tennis millimiz İslamiadada üçüncü yeri tutub 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-cı olan İslamiadada (İslam Həmrəyliyi Oyunları) qadınların stolüstü tennis üzrə komanda yarışları Azərbaycan yığması üçün bitib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, heyəti Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərova triosundan ibarət olan qadın millimiz İslamiadada üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.

Xatırladaq ki, qrup mərhələsində Uqanda və Pakistan komandasını müvafiq olaraq, 8:2 və 8:3 hesabla udan millimiz ardından 1/4-də Maldiv komandasını da məğlub edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, millimiz finala çıxışda Misir komandası ilə bacarmayıb - 5:8.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin